“Tərəflər arasında olan mübahisə rus dilində olan danışıqla əlaqəli deyil”.
Bunu Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev paytaxtda 18 yaşlı gəncin rus dilində danışdığı üçün döyülməsilə bağlı olayla əlaqədar açıqlamasında bildirib.
O qeyd edib ki, mübahisə şəxsi münasibətlərin pozulması zəminində baş verib:
“Daxil olan müraciət üzrə müvafiq polis bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.
*** 15.27
"18 yaşım var. Dünən həyatımın şokunu yaşadım. Anamla telefonda rus dilində danışırdım. Bir də gördüm bir kişi məni təhqir edərək, üstümə hücum etdi. Əlində bıçaq var idi. Bıçağın arxası ilə üzümə vurmağa başladı. Qollarıma, kürəyimə vururdu. Rus dilində danışdığım üçün məni təhqir edirdi".
Bizim.Media xəbər verir ki, bu açıqlamanı Shownews.az-a Ramana sakini Riad Hüseynəliyev verib.
Ramana sakini Riad Hüseynəliyev bildirib ki, başından aldığı zərbələrin təsirindən ayaq üstə dayana bilmir:
"Polis çağırdım. Bu gün ekspertizaya getdim. Üzümdə, bədənimdə hemotomalar var. Üzüm şiş içindədir. Əminəm ki, Azərbaycan polisi bu işi lazımi dərəcədə araşdıracaq və günahkar layiqli cəzasını alacaq. Biz hansı dövrdə yaşayırıq ki, kimisə rus dilində danışdığı üçün döysünlər?!"
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov Bizim.Media-ya bildirib ki, hadisə ilə bağlı nazirliyə daxil olmuş müraciət üzrə müvafiq araşdırma başlayıb.
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:37 / 12.08.2022
“Tərəflər arasında olan mübahisə rus dilində olan danışıqla əlaqəli deyil” – DİN – YENİLƏNİB
Hazırda oxunan: “Tərəflər arasında olan mübahisə rus dilində olan danışıqla əlaqəli deyil” – DİN – YENİLƏNİB
Hazırda oxunan: “Tərəflər arasında olan mübahisə rus dilində olan danışıqla əlaqəli deyil” – DİN – YENİLƏNİB
88265
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.