"Dəniz kuboku"nun püşkatması keçirildi

Hazırda oxunan: "Dəniz kuboku"nun püşkatması keçirildi

88213

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək "Dəniz kuboku" müsabiqəsinin püşkatması keçirilib. 

Bizim.Media xəbər verir ki, mərasim Hərbi Dəniz Qüvvələrinin (HDQ) inzibati binasında baş tutub. 

Püşkatmadan öncə HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov mətbuat konfransı keçirib. O, komanda iştakçılarına uğurlar arzulayıb. 

Yarışda Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi dənizçiləri iştirak edəcək. Xatırladaq ki, "Dəniz kuboku" müsabiqəsi avqust ayının 15-dən 25-dək davam edəcək. Artıq 5-ci dəfədir ki, ölkəmizdə təşkil olunan yarışın lazımi səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb və bütün təşkilatı işləri başa çatıb.(Report.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO