Qusarda maskalı şəxs evə basqın edib – Yaralı var  

Qusarda maskalı şəxs evə basqın edib – Yaralı var  

Hazırda oxunan: Qusarda maskalı şəxs evə basqın edib – Yaralı var  

88187

Qusarın Qalacıq kəndində quldurluq hadisəsi olub.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakini Elnur Bağırovun evinə maskalı basqın olub.

Maskalı şəxs Elnur Bağırovun həyat yoldaşı Sonaxanım Bağırovaya xəsarət yetirib. Ailənin yaxınlarının verdiyi məlumata görə, naməlum şəxs qadının başını divara vurub, bıçaqla xəsarət yetirib. 

Sonaxanım Bağırova dərhal Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qusar polis şöbəsinin əməkdaşları faktla bağlı araşdırmaya başlayıblar.  

Naməlum şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO