“Açıq mikrofon” bu dəfə Mingəçevirdə quruldu - FOTO

“Açıq mikrofon” bu dəfə Mingəçevirdə quruldu - FOTO

Hazırda oxunan: “Açıq mikrofon” bu dəfə Mingəçevirdə quruldu - FOTO

88168

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası Mingəçevir şəhərində təşkil olunub.

Bizim.Media xəbər verir ki, Tərtər Regional qaz istismarı İdarəsinin rəisi Azay Muxtarov əsas məqsədlərinin vətəndaşların qaz təchizatı ilə bağlı üzləşdikləri problemlərin həllinə dəstək verməkdən ibarət olduğunu bildirərək, onları narahat edən məsələləri açıq şəkildə səsləndirməyə çağırıb.

Sakinlər görüş zamanı işə qəbul, fərdi yaşayış evinin qazlaşdırılması, qapı keçidinin quraşdırılması ilə bağlı müraciət ediblər. 

Vətəndaşların problem və təkliflərini dinləmək üçün "Azəriqaz"ın məsul şəxsləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər şəxsləri də görüşdə iştirak ediblər. 

Ünvanlanan müraciətlər qurum rəsmiləri tərəfindən cavablandırılıb, vətəndaşlara ətraflı məlumat verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO