Xaçmaz rayonunda atasını qətlə yetirməkdə ittiham olunan Pərvin Nemətovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bizim.Media xəbər verir ki, cinayət işi baxılmaq üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Aynur Rzayevanın icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.
İttihama görə, hadisə Xaçmaz rayonunun Niyazobad kəndində baş verib. Kənd sakini Pərvin Nemətov münaqişə zəminində atası Hacıkərimi bıçaqlayaraq qətlə yetirib.
İstintaq oqanı tərəfindən Pərvin Nemətovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:30 / 10.08.2022
Xaçmazda atasını qətlə yetirən şəxs MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Xaçmazda atasını qətlə yetirən şəxs MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Xaçmazda atasını qətlə yetirən şəxs MƏHKƏMƏ QARŞISINDA
87889
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.