“Cari ildə 110 kənd və yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. İşin demək olar ki, çox hissəsi artıq görülüb”.
Bu məlumatı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Bizim.Media-ya verdiyi açıqlama zamanı deyib. Qurum rəsmisinin sözlərinə görə, işlərin tamamilə yekunlaşması üçün hava şəraiti də böyük rol oynayır:
“Qazlaşma proqramı “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir.
Eyni zamanda boruların ölkəyə vaxtında gəlib çıxması, təchizat və bu kimi texniki işlər qazlaşma prosesinin asılı olduğu amillərdir. Sözügedən istisna hallara görə, 110 kəndin çox kiçik hissəsində qazlaşma növbəti ilin əvvəlinə qədər çəkə bilər, amma ehtimallar azdır”.
E.Vəliyev Azərbaycanın qışa qaz ehtiyatının necə görülməsi məsələsinə də aydınlıq gətirib. O bildirib ki, qazın satışı “Azəriqaz” İB tərəfindən tərəfindən aparılsa da, qışa hazırlıq prosesi və digər məsələlər SOCAR və bu kimi neft-qaz şirkətlərindən asılıdır.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:15 / 10.08.2022
İlin sonuna qədər daha neçə kənd qazlaşdırılacaq? – AÇIQLAMA
Hazırda oxunan: İlin sonuna qədər daha neçə kənd qazlaşdırılacaq? – AÇIQLAMA
Hazırda oxunan: İlin sonuna qədər daha neçə kənd qazlaşdırılacaq? – AÇIQLAMA
87750
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.