Özünü hərbi polis kimi təqdim edən qadınla bağlı DİN-dən AÇIQLAMA 

Özünü hərbi polis kimi təqdim edən qadınla bağlı DİN-dən AÇIQLAMA 

Hazırda oxunan: Özünü hərbi polis kimi təqdim edən qadınla bağlı DİN-dən AÇIQLAMA 

87672

Sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşımlar edən Salyan rayon sakini polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya bildirilib ki, özünü hərbi polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək, müxtəlif zabit rütbələri ilə “Gülər Məmmədova” adı altında “hərbi226” hesabından paylaşımlar edən 1992-ci il təvəllüdlü R.B barəsində protokol tərtib olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Baş Prokurorluqdan sosial şəbəkələrdə saxta paylaşım edənlərlə bağlı AÇIQLAMA


Həmin şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımanın tərkib əlamətləri olduğuna görə toplanmış materiallar məhkəməyə göndərilib.

R.B-nın evində olan hərbi təyinatlı geyim dəstləri aşkar olunaraq götürülüb.

Onunla polis əməkdaşları tərəfindən fərdi-profilaktik söhbətlər aparılmaqla, əməlin hüquqazidd olması onun və ailə üzvlərinin diqqətinə çatdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO