Dünyanın əsas taxıl istehsalçılarından biri olan Ukraynadakı müharibə bu sahədə qiymətlərin sürətlə artmasına səbəb olub. Bir çox ölkədə aclıq xəbərdarlığı edilərkən, Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarətində Türkiyənin vasitəçiliyi ilə taxıl məhsullarının daşınması ilə bağlı müqavilənin imzalanması taxıl yüklü gəmilərin yenidən limanları tərk etməsinə şərait yaradıb.
Bizim.Media xəbər verir ki, belə vəziyyətdə maraqlı statistika aparılıb. Dünyada əhalinin sayına görə ən çox buğdanı hansı ölkələr istehlak edir?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2019-cu il məlumatına görə, Azərbaycan dünyada buğda istehlakına görə, 4-cü yerdədir.
FAO-nun 2019-cu il məlumatlarına görə, Tunis dünyada ən çox buğda və buğda məhsulu istehlak edən ölkədir. Bu ölkədə adambaşına ildə 199 kq buğda istehlak edilir. Türkmənistan 190 kq ilə ikinci, Əlcəzair isə 182 kq ilə üçüncüdür. Sıralamanın 4-cü yerində Azərbaycan qərarlaşıb. Belə ki, ölkəmiz 180 kiloqramla siyahının önündə gedənlərdəndir.
Türkiyə isə adambaşına ildə 169 kiloqram buğda və buğda məhsulları istehlak edilir. Bu nisbətlə Türkiyə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələr arasında birinci, dünyada isə 7-ci yerdədir.
Bu ölkələri Mərakeş (177 kq) və Özbəkistan (173 kq) izləyir. Yeddinci yerdə olan Türkiyədə adambaşına buğda istehlakı ildə 169 kq təşkil edir.
Türkiyəni Əfqanıstan (162 kq), İran (156 kq), Misir (146 kq), İtaliya (144 kq), Gürcüstan (139 kq) və Rusiya (138 kq) izləyir.
Avropa ölkələrində buğda istehlakının daha az olduğu görünür. Fransa 120 kq istehlakla 180 ölkə arasında 26-cı yerdədir. Sonrakı yerdə 116 kq ilə Yunanıstan gəlir. İngiltərə 35-ci yerdə 111 kq buğda istehlak edildiyi halda, Almaniya 88 kq ilə 65-ci yerdədir.
ABŞ-da adambaşına ildə 80 kq buğda istehlak edildiyi halda, Çində bu miqdar 66-dır. Euronews Türk-də yer alan xəbərə görə, dünyada ən az buğda istehlak edən ölkə 1 kq ilə Laosdur. Çad, Kamboca və Mərkəzi Afrika Respublikasında illik istehlak 3 kq-dır. (Unikal)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
02:29 / 09.08.2022
Azərbaycan ən çox buğda istehlak edən ölkələr SİYAHISINDADIR
Hazırda oxunan: Azərbaycan ən çox buğda istehlak edən ölkələr SİYAHISINDADIR
Hazırda oxunan: Azərbaycan ən çox buğda istehlak edən ölkələr SİYAHISINDADIR
87607
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.