Səlim Müslümov dövlətə dəymiş ziyanın 7 MİLYON MANATINI ÖDƏDİ  

Səlim Müslümov dövlətə dəymiş ziyanın 7 MİLYON MANATINI ÖDƏDİ  

Hazırda oxunan: Səlim Müslümov dövlətə dəymiş ziyanın 7 MİLYON MANATINI ÖDƏDİ  

87569

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə onun fəaliyyət göstərdiyi dövrdə dövlətə külli miqdarda ziyan vurduğu istintaq sənədləri ilə sübuta yetirilib.

Bizim.Media xəbər verir ki, sabiq nazir dəymiş ziyanın 6.974.428 manatını ödəyib.   

İstintaq həmin ödənilən məbləğin Maliyyə Nazirliyinin müvafiq hesabına köçürülməsi barədə qərar qəbul edib.
 

MÖVZU İLƏ BAĞLI:

Səlim Müslümovun əmlaklarının üzərinə həbs qoyulub - ÖZƏL 


Qeyd edək ki, bir müddət əvvəl Bizim.Media istintaq materiallarına əsasən məlumat vermişdi ki, Səlim Müslümovun rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb.   

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş üzrə zərərçəkmiş qismində tanınmış Maliyyə Nazirliyinin nümayəndəsi qalan məbləğin də ödənilməsini istəyib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO