Səkinin ortası ilə çəkilən qaz xətti ilə bağlı rəsmi AÇIQLAMA - FOTO

Səkinin ortası ilə çəkilən qaz xətti ilə bağlı rəsmi AÇIQLAMA - FOTO

Hazırda oxunan: Səkinin ortası ilə çəkilən qaz xətti ilə bağlı rəsmi AÇIQLAMA - FOTO

87521

Sosial şəbəkələrdə Bakıxanov qəsəbəsində səkinin ortası ilə çəkilən qaz xəttinin görüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Facebook” səhifəsində paylaşım edib.

O bildirib ki, bu, həqiqətən də, normal mənzərə deyil:

“Birlik olaraq bu məsələdən xəbərdar idik. Qaz xətti ərazidə fəaliyyət göstərən ticarət mərkəzlərindən biri üçün çəkilmişdi. Baxmayaraq ki, bu xətt podratçı şirkətlərdən birinin “əsəri” idi. Birlik olaraq vətəndaşları narahat edən bu problemin həllini öz üzərimizə götürdük.
İki gün əvvəl problem aradan qaldırıldı. Xəttin səkinin ortası ilə çəkilmiş 105 metrlik hissəsi tam olaraq kənarlaşdırılıb. Videosunu da sizə təqdim edirik. Diqqət göstərən, problemi ictimailəşdirən şəxslərə təşəkkürümüz var!” – o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO