Sabirabad rayonunda 2005-ci il təvəllüdlü Tural Həsənov xalası qızı, 2009-cu il təvəllüdlü Samirəyə (adlar şərti verilib – red.) təcavüz edib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə 2021-ci il iyulun 12-də baş verib.
Tural həmin gün saat 11 radələrində rayonun Cavad kəndində yaşayan Samirənin evdə tək olduğunu bilib və onlara gedib. O, Samirənin mətbəxdə təmizlik işləri apardığını görüb və onunla cinsi əlaqədə olmaq fikrinə düşüb.
Bu məqsədlə Tural xalası qızını zorla yataq otağına tərəf aparıb. Bu zaman Samirə müqavimət göstərüb və qışqıraraq səs-küy salıb. Kömək istəyən Samirə xalası oğlunun əlindən çıxmağa çalışıb.
Samirə özünü müdafiə etmək üçün divara söykənmiş oxlovu əlinə götürüb və Turala müqavimət göstərib. Samirə əlində olan oxlovla Turalı vuraraq ona xəsarətlər yetirsə də, o, öz hərəkətlərini davam etdirib, oxlovu Samirənin əlindən alaraq kənara atıb.
Sonra Tural Samirəni döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Turalın çarpayıdan yerə yıxılmasından istifadə edən Samirə otaqdan qaçıb və Tural onu zorlaması istəyinə nail ola bilməyib.
İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 29, 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlamağa cəhd) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O qeyd edib ki, xalası qızını zorlamaq fikri olmayıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural 5 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Turalın müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Vəkil müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Turalın barəsində verilmiş şikayət təmin olunmayıb. Qərardan narazı qalan müdafiəçi Ali Məhkəməyə kassasiya şikayəti verib.
Müdafiəçi qeyd edib ki, Turalın əməlində cinayət tərkibi yoxdur və onun barəsində olan hökm ləğv olunmalıdır.
Vəkil qeyd edib ki, zərərçəkmiş şəxsin məhkəmədə verdiyi ifadələrin həqiqəti əsk etdirmədiyi sübut olunub.
Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə baş tutan prosesdə Turalın müdafiəçisi tərəfindən verilən kassasiya şikayəti qismən təmin olunub.
Şirvan Apellyasiya Məhkəməsinin 2 mart 2022-ci il tarixli qərarı ləğv olunub və şikayət yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarılıb.
Yaxın günlərdə iş üzrə yenidən məhkəmə prosesi başlayacaq.
Qeyd edək ki, hadisə baş verən vaxt Tural orta məktəbin 11-ci sinif şagirdi olub.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:10 / 08.08.2022
Məktəbli oğlan xalası qızına təcavüz etmək istədi, oxlovla döyüldü – Sabirabadda ŞOK OLAY
Hazırda oxunan: Məktəbli oğlan xalası qızına təcavüz etmək istədi, oxlovla döyüldü – Sabirabadda ŞOK OLAY
Hazırda oxunan: Məktəbli oğlan xalası qızına təcavüz etmək istədi, oxlovla döyüldü – Sabirabadda ŞOK OLAY
87451
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.