ABŞ-ın Böyük Mərkəzi Stansiyasında 14 metr yüksəklikdə dünyanın ən bahalı sənət əsəri hazırlanıb.
Diqqət çəkən məqam isə sənət əsərinin 2600 ədəd əksəriyyəti gerçək universitet diplomundan hazırlanmasıdır.
“Da Vinçinin Borcu” adlanan əsər 470 milyon dollar dəyərində qiymətləndirilir.
ABŞ-da universitet təhsilinin artan qiymətinə diqqət çəkmək üçün “Natural Light”pivə markası tərəfindən hazırlanmış sənət əsəri, bilinən ən bahalı sənət əsəri olan Leonarda da Vinçinin “Salvator Mundi” tablosunu (450.3 milyon) üstələyir.
Marka diplomlardan hazırlanmış sənət əsəri ilə "Tələbələrə həm borc böhranının miqyasını göstərmək və həm də kollec borcu ilə yüklənənlər üçün yaratdığı xaotik təsirə diqqət çəkməyi hədəfləyir."
Bu, markanın ölkədəki tələbə borc probleminə işıq tutmaq üçün davam etdirdiyi səylərin bir hissəsidir.
Xatırladaq ki, ABŞ-da tələbələrin krediti borcu 2021-ci ildə rekord səviyyəyə - 1,7 trilyon dollara çatıb. Ölkədə ortalama ali təhsilin qiyməti 180.000 dollar olaraq qiymətləndirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:34 / 17.01.2021
ABŞ-da universitet diplomlarından hazırlanan sənət əsəri sərgilənib
Hazırda oxunan: ABŞ-da universitet diplomlarından hazırlanan sənət əsəri sərgilənib
Hazırda oxunan: ABŞ-da universitet diplomlarından hazırlanan sənət əsəri sərgilənib
8745
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.