44 günlük savaşda yaralanan Tural Seyfullayev diqqətdən kənardadır.
Bizim.Media sosial şəbəkələrə istinadən xəbər verir ki, qazi Seyfullayev Tural Əli oğlu Mingəçevir şəhəri, H.Əliyev küçəsi, bina 82 ünvanında yaşayır.
MÖVZU İLƏ BAĞLI:
“Təltif olunsam da hələ medalı görməmişəm” – Ayağını itirən qazi
Qazimizə mənzilin açarları təqdim edildi - FOTO
1991-ci il təvəllüdlü Tural Vətən müharibəsində 1 ay 4 gün sonra yaralanıb. Onun hər iki tərəfdən omba sümüyü xəsarət alıb. Bununla yanaşı qazimiz baş-beyin travması da alıb.
Əməliyyat olunmalıdır. Bir neçə dəfə intihara cəhd etsə də, anasının müdaxiləsi ilə həyatda qalıb.
Qazinin anası Zəminə xanımın sözlərinə görə, Mingəçevir şəhər icra nümayəndəliyindən vətən fədaisinin vəziyyəti ilə maraqlanan yoxdur.
Yaralıykən 5 gün Mərkəzi Hərbi Klinik Hospitalda (Papanin) yatıb. Onun əməliyyat olunacağı barədə məlumat verilsə də, qazinin pis durumuna heç bir müdaxilə edilməyib.
Qazi Tural Seyfullayev ailəlidir və bir qız övladı var. Yataqxanada pis şəraitdə yaşayan Azərbaycanın igid oğlunun belə vəziyyətdə müalicəsi mümkünsüzdür.
Qazinin ailə üzvləri onlara tezliklə kömək ediləcəyinə inanır və ümid edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, YAŞAT fondu problemə tezliklə reaksiya verəcək.
Mövzu ilə bağlı araşdırmamız davam edir.
Anar Rəhimov, Bizim.Media