Övladına qəribə adlar qoyan VALİDEYNLƏRİN DİQQƏTİNƏ – “Travmaya səbəb ola bilər”  

Övladına qəribə adlar qoyan VALİDEYNLƏRİN DİQQƏTİNƏ – “Travmaya səbəb ola bilər”  

Hazırda oxunan: Övladına qəribə adlar qoyan VALİDEYNLƏRİN DİQQƏTİNƏ – “Travmaya səbəb ola bilər”  

87292

Hər il ölkədə uşaqlara verilən adlarla bağlı statistika açıqlananda, siyahının son yerlərində heç zaman eşitmədiyimiz, qəribə isimlərə də rast gəlirik.

Əksəriyyətimiz tərəfindən bu cür adlar gülüşlə qarşılanır. Eyni zamanda sual da yaranır, bu ad gələcəkdə uşaq üçün utanc mənbəyinə çevrilməyəcəkmi?

Təbiidir ki, adın insanların həyatında rolu danılmazdır. Təsəvvür edin, kimləsə ilk dəfə tanış olub, özünüzü təqdim etdikdə, adınız qarşıdakı şəxsin gülüşünə səbəb olur. Və bu hal dəfələrlə təkrarlanır. Yaxud yaxın çevrəniz adınızı fərqli formalara salaraq sizi ələ salmağa başlayır.
 

MÖVZU İLƏ BAĞLI:

Ötən il Azərbaycanda körpələrə qoyulan qəribə ADLAR – Dərdayıl, Diliş, Gil...


Xüsusən də, uşaq yaşlarında bu cür vəziyyət daha ağır psixoloji fəsadlar törədə bilər. Problemin digər yanı isə yetkinlik yaşına qədər bu adla yaşamağa məcbur olan şəxslərin sonradan adlarını dəyişmək istədikləri zaman yaşanır.

Çünki əksər valideynlər övladlarının onlar tərəfindən verilən addan imtina etməsini müsbət qarşılamır. Bu da bəzən ailədaxili problemlərə səbəb ola bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən psixoloq Mədinə Rəsulun qənaətincə, qəribə adlar uşaqlarda psixoloji travmalar yarada bilər:

“Uşaqların adları öz ətrafı, sosial çevrə tərəfindən ələ salınarsa, gülüş obyektinə çevrilərsə, bu uşaqlarda travmaya səbəb ola bilər. Bu, uşaqların özlərinə qapanmasına, özgüvən əksikliyinə səbəb ola bilər”.

Psixoloq adın insan sağlamlığına ciddi təsirlərinin olduğunu da qeyd edib:

“Aparılan təcrübələrlə sübuta yetirilib ki, sağlamlıqla bağlı adların mənaları var. Hansı adlar ki, uzunömürlülüklə bağlı olub, həmin insanlar həqiqətən də uzun ömür yaşayıblar. Belə bir qənaətə gəlinib ki, adamın adı pozitivdirsə, onu çağıran şəxslər həmin adı tələffüz edərkən xoş bir enerji alırlar. Həmin müsbət enerji isə ad sahibinə güzgü effektilə ötürülür.
Bu o deməkdir ki, uşaqlarımıza nə qədər gözəl, pozitiv ad qoyularsa, ona adı çəkildiyi zaman bir o qədər müsbət enerji göndərilər”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO