Məktəbəhazırlıq qrupları hansı şəhər və rayonlarda fəaliyyət göstərəcək?

Məktəbəhazırlıq qrupları hansı şəhər və rayonlarda fəaliyyət göstərəcək?

Hazırda oxunan: Məktəbəhazırlıq qrupları hansı şəhər və rayonlarda fəaliyyət göstərəcək?

87266

2022-2023-cü tədris ili üzrə dövlət ümumtəhsil müəssisələrində təşkil olunan məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyat prosesi davam edir.

Bu barədə Bizim.Media-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək.

Məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla, 12 məşğələ müəyyən olunur. Bir gün ərzində 3 məşğələ keçirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır


Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlər arası fasilə 10 dəqiqədir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir. Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqlar üçün məktəbli forması tətbiq edilmir.

Xatırladaq ki, avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumtəhsil müəssisələrində təşkil edilən məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start verilib.

Elektron sənəd qəbulu sistemindən istifadə üçün ödəniş tələb olunmur. Qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq.
Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır. Qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO