Güclü yağış və dolu Qərb bölgəsində fəsadlar törətdi

Güclü yağış və dolu Qərb bölgəsində fəsadlar törətdi

Hazırda oxunan: Güclü yağış və dolu Qərb bölgəsində fəsadlar törətdi

87205

Qərb bölgəsində qeyri sabit hava şəraiti bir çox problemlər yaradıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, axşam saatlarında başlayan güclü yağış Gəncədə küçələrdə sularının artmasına səbəb olub. Nəticədə avtomobillərin hərəkətində maneələr yaranıb. 

Güclü yağış Göygöl və Daşkəsən rayonunda da böyük fəsadlar törədib. 

Hər iki rayonda yağışdan öncə dolu yağıb. Göygölün Topalhəsənli kəndində avtomobillərə  və təsərrüfata zərər dəyib. 

Daşkəsən rayonunda da qeyri sabit hava şəraitinin problemlər yaratdığı deyilir. 

Məqsəd Rəhimov, Bizim.Media - Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO