Azərbaycan Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Gürcüstan Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkəmiz ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Azərbaycana ekstradisiya edilməsi barədə sorğu edilib.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib.
Abşeron rayon Prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Bağırov Nurlan Şükür oğlunun – qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla adam öldürmə əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Nurlan Bağırov barəsində beynəlxalq axtarış elan edilib.
Axtarışda olan şəxsin Gürcüstan ərazisində yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğunun Gürcüstan Baş Prokurorluğuna sorğusu təmin edilməklə, Nurlan Bağırov avqustun 5-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:11 / 05.08.2022
Beynəlxalq axtarışa verilən şəxs Azərbaycana ekstradisiya EDİLDİ
Hazırda oxunan: Beynəlxalq axtarışa verilən şəxs Azərbaycana ekstradisiya EDİLDİ
Hazırda oxunan: Beynəlxalq axtarışa verilən şəxs Azərbaycana ekstradisiya EDİLDİ
87159
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.