Laçında bu gün qaya uçması nəticəsində həlak olan Azərbaycan Ordusunun əsgəri - 18.07.2003-cü il təvəllüdlü Samir Səməd oğlu Xudiyev Fizuli rayonundandır.
Bizim.Media xəbər verir ki, o, 2021-ci il iyul ayının 20-də hərbi xidmətə gedib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Ordusunun əsgəri vəfat edib
Qeyd edək ki, avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.
Nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bizim.Media