Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Ordusunun əsgəri vəfat edib
Bildirilir ki, nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bizim.Media