Avtoxuliqanlıq edən şəxs həbs EDİLDİ - Ağdamda...

Avtoxuliqanlıq edən şəxs həbs EDİLDİ - Ağdamda...

Hazırda oxunan: Avtoxuliqanlıq edən şəxs həbs EDİLDİ - Ağdamda...

87090

Ağdamda avtoxuliqanlıq edən şəxs həbs edilib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində idarə etdiyi “VAZ-2107” markalı avtomobillə xuliqanlıq edərək rayon ərazisində ictimai qaydanı nümayişkaranə şəkildə pozan rayonun Şotlanlı kənd sakini Elvin Fərzəliyev saxlanılıb.

İdarəsində olan avtomobil müvəqqəti duracağa yerləşdirilib.

E.Fərzəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəminin qərarı o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO