Məhkəmələrin fəaliyyəti bu tarixdən bərpa edilir - RƏSMİ

Məhkəmələrin fəaliyyəti bu tarixdən bərpa edilir - RƏSMİ

Hazırda oxunan: Məhkəmələrin fəaliyyəti bu tarixdən bərpa edilir - RƏSMİ

8705

Ali Məhkəmə Azərbaycan sərtləşdirilmiş karanrtin rejimində məhkəmələrində işlərə baxılması ilə bağlı müvəqqəti təxirəsalınma müddətini uzadıb.

Bizim.Media-nın məlumatına görə, bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Qərarını nəzərə alaraq, Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 9 dekabr tarixli məlumatında nəzərdə tutulmuş məhdudiyyətlərin tətbiqi 2021-ci il 25 yanvar tarixinədək davam etdirilməsi tövsiyə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO