Jurnalistikaya qəbul üzrə qabiliyyət imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI  

Jurnalistikaya qəbul üzrə qabiliyyət imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI  

Hazırda oxunan: Jurnalistikaya qəbul üzrə qabiliyyət imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI  

86913

Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün iyulun 31-də keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib. 

Bu barədə Mərkəzdən Bizim.Media-ya verilən məlumatda bildirilir.  

Bildirilir ki, abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola bilərlər.  

İmtahanda iştirak etmək hüququ qazanmış 703 abituriyentdən 135 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 532 nəfər “məqbul” qiymət alıb. 

Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər. İxtisas seçimi avqustun 16-dan 28-dək davam edəcək. 
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 8 avqust 2022-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 5 avqust saat 10:00-dan 7 avqust saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. 

Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO