Gədəbəydə 1 tondan çox çətənə kolu məhv edildi

Gədəbəydə 1 tondan çox çətənə kolu məhv edildi

Hazırda oxunan: Gədəbəydə 1 tondan çox çətənə kolu məhv edildi

86865

Gədəbəydə polis əməkdaşları tərəfindən küllü miqdarda yabanı halda bitən çətənə kolları aşkar edilərək məhv edilib. 

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən məlumat verir ki, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları keçirdikləri "Xaş-xaş-2022" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçiriblər.

Nəticədə rayonun Başkənd kənd ərazisində yabanı halda bitən narkotik tərkibli ümumi çəkisi 1294 kiloqram olan, 1052 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib. 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media - Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO