Sosial şəbəkələrdə itlə quşun mehribançılığı çox adamı təəccübləndirib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Maylo ləqəbli it həyətlərində qanadı qırıq halda tapdığı kakadu ilə dostlaşıb.
Çoxlarına qeyri-adi dostluq kimi görünən itlə quşun mehribançılığı lentə alınıb. Mənzil sahibləri bu duyğulu ünsiyyəti gördükdən sonra quşa Kreker adı veriblər.
Onları narahat edən bircə məqam var ki, o da qanadı sağalandan sonra həmin quşun uçub, gedəcəyini bilməkləridir. Çünki bu həqiqət Maylonun - itin həyatında boşluq yarada bilər.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media