Prokurorluq orqanlarına qəbul olmaq üçün imtahan keçiriləcək

Prokurorluq orqanlarına qəbul olmaq üçün imtahan keçiriləcək

Hazırda oxunan: Prokurorluq orqanlarına qəbul olmaq üçün imtahan keçiriləcək

86750

Moderator.az-ın verdiyi xəbərə görə, Prokurorluq orqanlarının kadr korpusunun daha da möhkəmləndirilməsini və işə qəbulun aşkarlıq şəraitində demokratik və şəffaf prosedurlar əsasında beynəlxalq tələblər səviyyəsində aparılmasını təmin edən Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”x9dyə uyğun olaraq Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsi 28 iyul 2015-ci il tarixdə saat 10:00-dan başlayaraq 4 saat ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında vahid auditoriyada (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 10 A) keçiriləcəkdir.

Yazılı imtahana buraxılmış namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi”x9dni və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda iştirak edə bilərlər. İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”x9dnda əks etdirilmişdir.

Namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi”x9dni və “Yaddaş kitabçası”x9dnı 23-24 iyul 2015-ci il tarixlərdə saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağında (ünvan: Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.

İmtahanla bağlı ətraflı məlumat almaq üçün 437-28-56, 492-62-23, 492-63-62 və 492-74-32 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO