Polis Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsini CƏRİMƏLƏDİ – ÖZƏL 

Polis Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsini CƏRİMƏLƏDİ – ÖZƏL 

Hazırda oxunan: Polis Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsini CƏRİMƏLƏDİ – ÖZƏL 

86653

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsi qanunun tələbinə məhəl qoymadığı üçün polis əməkdaşları tərəfindən yaxalanıb.

Bizim.Media-ya daxil olan məlumata görə 27 iyul 2022-ci il tarixdə, təxminən gecə saat 23:00 radələrində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Mərkəzi Aran Regional filialının müdiri İlqar Səmədov ona dövlət tərəfindən ayrılmış (23-AA-088) dövlət nömrə nişanlı avtomobili spirtli içki qəbul edərək idarə edib.

Baxmayaraq ki, həmin saatda xidməti avtomobili şəxsi mənafe üçün istifadə etmək qanuna ziddir.

İddialara görə Göyçay Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşlarının "Saxla" əmrinə tabe olmayan İlqar Səmədov idarə etdiyi avtomobili yaşadığı mənzilin həyətinə salıb. Ətrafda yaşayan qonşuların şahidliyinə görə böyük səs-küy qopub və İqar Səmədov evində gizlənərək çölə çıxmaq istəməyib. Nəhayət Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları gələrək onu içkili vəziyyətdə polis şöbəsinə aparıblar.

Məsələni dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyinin regional bölməsinə müraciət etdik. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Bizim.Media-ya açıqlamasında bildirib ki, Göyçay şəhər sakini İlqar Səmədovun guya sərxoş vəziyyətdə avtomobil idarə etməsi və polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymaması barədə səsləndirilən iddialar əsassızdır:

“İyulun 27-də axşam saatlarında  həmin şəxs barəsində Göyçay şəhəri ərazisində idarə etdiyi nəqliyyat vasitəsinin ön oturacağında 12 yaşına çatmayan azyaşlı əyləşdirdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 327.2-ci ( sərnişin daşıma qaydalarının pozulması ) maddəsi ilə protokol tərtib edilib”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO