Azərbaycanın hərbi gəmiləri Rusiyadan qayıtdı

Azərbaycanın hərbi gəmiləri Rusiyadan qayıtdı

Hazırda oxunan: Azərbaycanın hərbi gəmiləri Rusiyadan qayıtdı

86603

Birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Rusiya Federasiyasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gözətçi gəmiləri və şəxsi heyəti ölkəmizə qayıdıblar.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan HDQ nümayəndə heyəti ilə Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının (HDD) Xəzər Flotilyasının rəhbərliyi arasında görüş keçirilib.

Görüşdə Azərbaycan HDQ ilə Rusiya HDD Xəzər Flotilyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Bundan başqa hərbi dənizçilərimiz Rusiya Federasiyasında keçirilən bir sıra tədbirlərdə iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO