Həyətində çətənə bitkisi yetişdirdi – POLİS SAXLADI

Həyətində çətənə bitkisi yetişdirdi – POLİS SAXLADI

Hazırda oxunan: Həyətində çətənə bitkisi yetişdirdi – POLİS SAXLADI

86596

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla onun rayon sakini Namiq Kərimov olduğu müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı fərdi yaşayış evinin həyətindən kultivasiya yolu ilə yetişdirilən çəkisi 13 kiloqrama yaxın olan 31 ədəd çətənə bitkis, eləcə də 1 kiloqram 850 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı N.Kərimov çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğunu etiraf edib. Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO