İcra nümayəndəsindən NÜMUNƏVİ HƏRƏKƏT – Qarabağ şəhidinin məzarını dostları ilə bərpa etdi - FOTO

İcra nümayəndəsindən NÜMUNƏVİ HƏRƏKƏT – Qarabağ şəhidinin məzarını dostları ilə bərpa etdi - FOTO

Hazırda oxunan: İcra nümayəndəsindən NÜMUNƏVİ HƏRƏKƏT – Qarabağ şəhidinin məzarını dostları ilə bərpa etdi - FOTO

86578

Qusarın Çiləgir kənd məzarlığında uyuyan Birinci Qarabağ Müharibəsi şəhidi Fərhad Hacıyevin qəbirüstü abidəsi bərpa olunub.

Bizim.Media olaraq saytımızın 8 iyul 2022-ci il tarixli "Kimsəsiz şəhidin doğma kəndindəki ucuq-sökük Qərib məzarı" sərlövhəli yazı ilə bu barədə ətraflı yazı vermişdik.

O vaxt yazımıza dərhal reaksiya verən Çiləgir İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Edison Ələsgərov şəhidin məzarının 1 ay müddətinə bərpa edilib yenilənəcəyinə söz vermişdi.

Artıq icra nümayəndəsi verdiyi sözə əməl edib. Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Qusar filialının sədri Canəli Hörmətov bu barədə Bizim.Media-ya məlumat verib.

Onun sözlərinə görə, özü, icra nümayəndəsi Edison Ələsgərov, Vətən Müharibəsi iştirakçısı, Qusar İh -nin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə iş şöbəsinin müdir müavini Tural Hüseynov və 1-ci Qarabağ Qazisi Təbrik Ağabalayev yığışıb öz vəsaitləri hesabına Fərhadın məzarını abadlaşdırıblar. İcra nümayəndəsi Edison Ələsgərov işlərin qısa vaxt ərzində tamamlanmasını təmin edib.
 

Canəli Hörmətov onu da məlumat verdi ki, Fərhad Hacıyevlə eyni gündə-1993-cü il oktyabrın 6-da hərbi xidmətə yollanıb. O, Fərhad Hacıyev və Təbruk Ağabalayev Horadiz istiqamətində qonşu kəndlərdə düşmənə qarşı vuruşublar.


Filial sədri illərdir bərbad olan şəhid silahdaşı Fərhadın məzarının yenilənməsinə sevindiyini və bu işdə əziyyəti keçən dostlarına, icra nümayəndəsinə minnətdarlığını bildirib.

Aytəkin Alxaslı, Bizim.Mddia, Şimal bürosu











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO