Azərbaycanda bunu edənlər 9 MİN MANAT CƏRİMƏLƏNCƏK

Azərbaycanda bunu edənlər 9 MİN MANAT CƏRİMƏLƏNCƏK

Hazırda oxunan: Azərbaycanda bunu edənlər 9 MİN MANAT CƏRİMƏLƏNCƏK

86506

İnsan orqanlarının alqı-satqısına görə cərimələr artırılıb.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunda əksini tapıb.

Dəyişikliyə əsasən, insan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı 6000 manatdan 9000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətdə islah işləri və ya 3 ilədək müddətdə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Eyni zamanda qanuna əsasən, həmin əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və s. cəhətdən asılı olmasından istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Həmin əməl ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda 3 ilədək müddətdə müəyyən müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO