Dərslik kitablarının üz qabığını bəzəyən Ana Dili abidəsi - FOTO

Dərslik kitablarının üz qabığını bəzəyən Ana Dili abidəsi - FOTO

Hazırda oxunan: Dərslik kitablarının üz qabığını bəzəyən Ana Dili abidəsi - FOTO

86467

Mingəçevir şəhərində yerləşən Ana Dili abidəsi Azərbaycanda dilimizin şərəfinə ucaldılmış ilk abidə kimi tarixə düşüb.

Mingəçevir Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafov abidənin tarixi və önəmi barədə Bizim.Media-ya danışıb.

O, abidəni dilimizə bəslənilən hüdudsuz sevginin təzahürü adlandırıb:

“2002-ci ildə memar Elman Lələyevin əsəri olaraq dövlət tərəfindən inşa olunaraq   ziyarətçilərin ixtiyarına verilən bu möhtəşəm abidənin fotolorı illərdir ki, dərslik kitablarının üz qabığını bəzəyir. O, şəhərin qonaqlarının sevimli ziyarət ünvanlarından biri olmaqla yanaşı, həm də gənc nəslin vətənpərpər duyğularının möhkəmləndurilməsinə xidmət edən bir dəyərli nümunədir. Hər kəs bilməlidir ki, Ana Dili abidəsi  dünyaya Qobustan və Gəmiqaya kimi qədim  təsviri nümunələri bəxş etmiş bir böyük xalqın simvolidur".

Qeyd edək ki,  tanınmış  filoloq  Namaz Manafov həm də alman dilinin bilicisidir. O, avqust ayının 15-20-də Avstriyada Vyana Dövlət Universitetində keçirilməsi nəzərdə tutulan  Alman Dili qurultayında ölkəmizi təmsil edəcək iştirakçılar arasında yer alacaq.

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO