Göygöldə polis əməliyyat keçirdi: Bir nəfər saxlanıldı – FOTO

Göygöldə polis əməliyyat keçirdi: Bir nəfər saxlanıldı – FOTO

Hazırda oxunan: Göygöldə polis əməliyyat keçirdi: Bir nəfər saxlanıldı – FOTO

86446

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində iyul ayı ərzində rayonun Kərəmli kəndindən vətəndaşlara məxsus iri buynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. 

Bizim.Media-nın yerli bürosu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən məlumat verir ki, araşdırmalar zamanı rayonun Hacıməlik qəsəbə sakini Ramin Yusibovun vətəndaşa məxsus ümumi dəyəri 10.000 manat olan 6 baş iri buynuzlu mal qaranı kənd ərazisindəki otlaq sahədən oğurlayaraq Gəncə şəhərində yaşayan qaynanasının evində gizlətdiyi məlum olub.

Bundan başqa saxlanılan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun daha bir cinayət əməli aşkar olunub.

Belə ki, R. Yusibov Kərəmli kəndindəki otlaq sahədən daha bir vətəndaşa məxsus ümumi dəyəri 2000 manat olan 2 baş iri buynuzlu mal qaranı oğurlayaraq satıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməllərini etiraf edib, faktla bağlı araşdırmalar davam etdirilir. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO