Həbsdə olan sabiq icra başçısı məhkəmədən bəraət istəyir

Həbsdə olan sabiq icra başçısı məhkəmədən bəraət istəyir

Hazırda oxunan: Həbsdə olan sabiq icra başçısı məhkəmədən bəraət istəyir

86422

Cəlilabad rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Namiq Zeynalov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

Bizim.Media xəbər verir ki, sabiq icra başçısı Şirvan Apellyasiya Məhkəməsinə təqdim edilən şikayət ərizəsində bəraət istəyib.

Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

O, Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Namiq Zeynalov verilmiş ittihamlarla təqsirli bilinərək 12 il azadlıqdan məhrum olunub.

Trend.az-ın məlumatına görə, hökmə əsasən sabiq icra başçısının üzərinə həbs qoyulmuş əmlakları da dövlət nəfinə müsadirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO