Narkotik çəkən daha bir avtobus sürücüsü həbs edildi

Narkotik çəkən daha bir avtobus sürücüsü həbs edildi

Hazırda oxunan: Narkotik çəkən daha bir avtobus sürücüsü həbs edildi

86418

Narkotikin təsiri altında avtobus idarə edən sürücü həbs edilib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında avtobus idarə edən Məhərrəmov Nicat Məmməd oğlunun qanunazidd əməllərinin qarşısı alınıb.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, “İSUZU” markalı, 90-RB-466 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Nicat Məhərrəmov Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı N.Məhərrəmov narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.
N.Məhərrəmov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə N.Məhərrəmov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətində inzibati qaydada həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO