Yasamalda köməksiz qalan fəhlə belə xilas edildi - VİDEO

Yasamalda köməksiz qalan fəhlə belə xilas edildi - VİDEO

Hazırda oxunan: Yasamalda köməksiz qalan fəhlə belə xilas edildi - VİDEO

86278

Bakı şəhərinin çoxmərtəbəli binada köməksiz vəziyyətdə qalan fəhlənin xilas edilməsi görüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, paytaxtın Yasamal rayonunda qaldırıcı qurğu (bucurqad) vasitəsi ilə çoxmərtəbəli yaşayış binasının fasadında təmir işləri aparan zaman bir nəfər köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə gəlib.

Belə ki, trosun qırılması səbəbindən qaldırıcının səbətində olan vətəndaşın həyatı üçün ciddi təhlükə yaranıb. Mürəkkəb və riskli şəraitdə aparılan xilasetmə əməliyyatı nəticəsində vətəndaş xilas olunub.

Xilasetmə əməliyyatının görüntülərini təqdim edirik:

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO