Şəhidlər Xiyabanında hazırlıq işləri aparılır - FOTO

Şəhidlər Xiyabanında hazırlıq işləri aparılır - FOTO

Hazırda oxunan: Şəhidlər Xiyabanında hazırlıq işləri aparılır - FOTO

8622

Hər il olduğu kimi bu ildə 20 yanvar faciəsinin 31-ci il dönümü ilə bağlı Şəhidlər Xiyabanında hazırlıq işləri aparılır. 

Bakı Şəhər İcra Hakimiyyətindən Bizim.Media-ya verilən məlumata görə, hazırda xiyabanda geniş təmizlik və abadlıq işləri görülür. Qazon örtüyü yenilənir.

Verilən məlumata görə, xiyabanda faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar və digər tərtibatlar hazırlanıb.

Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunub.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

Vüsalə Balayeva, Bizim.Media






 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO