İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Qanunda edilən dəyişikliyi təsdiqlədi

İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Qanunda edilən dəyişikliyi təsdiqlədi

Hazırda oxunan: İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Qanunda edilən dəyişikliyi təsdiqlədi

86104

Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. 

Sənədə əsasən, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib: 

- 106-cı maddənin birinci hissəsinin ikinci abzasında “Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı” sözləri “3550 manat” sözləri ilə əvəz edilir; 

- 107-ci maddənin birinci hissəsinin ikinci cümləsindən “və iki aylıq əmək haqqı məbləğində müavinət” sözləri çıxarılır; 

- 109-cu maddənin dördüncü hissəsinin ikinci cümləsi çıxarılır. 

Bu Qanun 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO