Ağsaqqal siyasətçilər koalisiya yaradır? – Etibar Məmmədov NÖQTƏNİ QOYDU

Ağsaqqal siyasətçilər koalisiya yaradır? – Etibar Məmmədov NÖQTƏNİ QOYDU

Hazırda oxunan: Ağsaqqal siyasətçilər koalisiya yaradır? – Etibar Məmmədov NÖQTƏNİ QOYDU

86100

Son günlər mətbuatda AMİP lideri Etibar Məmmədovun aktiv siyasətə qayıdacağı ilə bağlı müxtəlif fikirlər səslənir. Hətta iddialara görə, növbəti parlament seçkilərində müştərək şəkildə iştirak etmək üçün Etibar Məmmədovun rəhbərliyilə koalisiya yaradır. İttifaqda Etibar Məmmədovdan başqa, ADP sədri Sərdar Cəlaloğlu, KXCP sədri Mirmahmud Mirəlioğlu, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və digərlərinin yer alacağı bildirilir. 

Belə bir koalisiya realdırmı?

“Bloklara qoşulmamaq siyasətinə üstünlük veririk və deyilən koalisiya istiqamətində heç bir fəaliyyətimiz olmayıb”.

Bunu sözügedən informasiya barədə Bizim.Media-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib:

“Bu məlumat qeyri-ciddidir. Etibar Məmmədov heç fəal siyasətə qayıtmayıb. Digər tərəfdən, Azərbaycan siyasətində belə bir toparlanma olsa, bunu hamı bilər. Belə bir məsələ yoxdur. Partiyamız bloklara qoşulmamaq siyasətinə üstünlük verib. Bu istiqamətdə heç bir fəaliyyətimiz, danışıqlarımız olmayıb. Ölkənin maraqları bizim üçün hər zaman əsas olur. Yayın isti vaxtında belə bir məsələni kimin ortaya atdığını bilmirəm. Real deyil, bu gün belə bir məsələ ortalıqda yoxdur”.  

“Məlumatım yoxdur”. 

Sayta açıqlamasında Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər də prosesdən məlumatsız olduğunu söylədi:

“İlk dəfə bunu sizdən eşidirəm. Bu haqda heç bir məlumata malik deyiləm. Olmayan bir məsələyə cavab vermək istəmirəm”.

Məsələyə nöqtəni isə AMİP lideri Etibar Məmmədov qoydu:

“Belə bir məsələ ortalıqda yoxdur. Ona görə də bu haqda yazılanlar həqiqəti əks etdirmir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO