Ucarda ƏMƏLİYYAT - Həyətlərində çətənə bitkisi yetişdirən şəxslər saxlanıldı

Ucarda ƏMƏLİYYAT - Həyətlərində çətənə bitkisi yetişdirən şəxslər saxlanıldı

Hazırda oxunan: Ucarda ƏMƏLİYYAT - Həyətlərində çətənə bitkisi yetişdirən şəxslər saxlanıldı

86093

Həyətlərində çətənə bitkisi yetişdirən Ucar rayon sakinləri saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.

Araşdırmalarla onun rayonun Ənvər Məmmədxanlı kənd sakini Baris Rüstəmov olduğu müəyyən edilib. 

Şöbə əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı fərdi yaşayış evinin həyətindən kultivasiya yolu ilə yetişdirilən və yaş çəkisi 38 kiloqrama yaxın olan 60 ədəd çətənə kolu, eləcə də evin eyvanından 83 qram marixuana aşkar olunaraq götürülüb.  Dindirilmə zamanı B.Rüstəmov çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğunu etiraf edib. 

Polis əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində eyni əməllə məşğul olan rayonun Lək kənd sakini Xaləddin Mehdiyev də saxlanılıb. Həmin şəxsin yaşadığı ünvandan isə 4 ədəd çətənə bitkisi və 6 qrama yaxın marixuana aşkarlanıb. 
Faktlarla bağlı Ucar RPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO