Qubada ƏMƏLİYYAT – Narkotik tərkibli bitki yetişdirən şəxs saxlanıldı 

Qubada ƏMƏLİYYAT – Narkotik tərkibli bitki yetişdirən şəxs saxlanıldı 

Hazırda oxunan: Qubada ƏMƏLİYYAT – Narkotik tərkibli bitki yetişdirən şəxs saxlanıldı 

86030

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Ülfət Güləliyevi saxlayıblar. 

Bu barədə Bizim.Media-ya Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. 

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin rayonun Zərqova kəndində həyətyanı sahəsində əkib yetişdirdiyi 23 ədəd yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb. 
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Ü.Güləliyevin barəsində həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO