Şəhid uşaqları üçün yay düşərgəsi başlayır - Nazirlikdən daha bir LAYİHƏ - FOTO

Şəhid uşaqları üçün yay düşərgəsi başlayır - Nazirlikdən daha bir LAYİHƏ - FOTO

Hazırda oxunan: Şəhid uşaqları üçün yay düşərgəsi başlayır - Nazirlikdən daha bir LAYİHƏ - FOTO

86020

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid uşaqları üçün növbəti yay istirahət düşərgələri təşkil olunub.

Bizim.Media xəbər verir ki, agentliyin sosial sifarişi əsasında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Qubada həyata keçiriləcək layihə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağını  (valideynlərindən birinin müşaiyyət edəcəyi də nəzərə alınmaqla 140 nəfəri) əhatə edəcək. 

Layihə iki mərhələdən ibarət olacaq. Hər mərhələdə uşaqlardan və valideynlərdən ibarət 70 nəfərin Qubaya 5 günlük yay istirahət düşərgəsinə  göndərilməsi nəzərdə tutulub. İlk qrup olaraq 70 nəfər bu gün xüsusi ayrılmış avtobuslarla Qubaya yola salınıb. 

29 iyul – 3 avqust tarixlərində şəhidlərimizin övladları Qubanın tarixi və gəzməli yerlərinə ekskursiya edəcək. Bir sıra əyləncəli interaktiv təlimlərdə iştirak edərək öz bacarıqlarını inkişaf etdirəcəklər. 
Həmçinin onlar bu regionda yerləşən məşhur istirahət mərkəzlərində qalaraq dincələcəklər. Bu müddət ərzində onlarla interaktiv oyunlar, su idmanı və istirahəti, eyni zamanda müxtəlif psixoloji seanslar təşkil ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO