QHT sədrindən SƏRT BƏYANAT: “18 yaşlı qızlar göz görə-görə turistlərin

QHT sədrindən SƏRT BƏYANAT: “18 yaşlı qızlar göz görə-görə turistlərin "məzəsinə" çevrilir”

Hazırda oxunan: QHT sədrindən SƏRT BƏYANAT: “18 yaşlı qızlar göz görə-görə turistlərin "məzəsinə" çevrilir”

85924

“Hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, Bakı və ətraf rayonlarda yerləşən istirahət mərkəzləri, restoran və otellərdə reydlər etsin. Nə zamana qədər yaşı 18, bəlkə də daha az olan qızlar göz görə-görə turistlərin süfrələrinin bəzəyi, "məzəsi" olacaq? Bu qızlar sabah baş verənlərdən xəbərsiz kişilərimizin həyat yoldaşı olacaq.

Nəticə etibarilə genefondumuz sağalmaz yaralar almaqdadır. Sağlam cəmiyyəti formalaşdıran əsas dəyərlərdən biri əxlaqdır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasımda Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev söyləyib.

O, bildirib ki, getdikcə ölkədə fahişəliyin yaşı da gəncləşir: 

“18 yaş, ondan da az yaşlı qızlar əyləncə məkanlarında çalışır. Ora gələn qonaqların, xüsusilə çox pul verən turistlərin "məzəsinə" çevrilirlər.

Məkan adı çəkməyə ehtiyac duymuram, çünki demək olar ki, hamısında bu cür hallar var. Bu məkanlarda hətta 16 yaşında qızlara da, rast gəlmək mümkündür. Bunun qarşısını indi almasaq, sonra çox gec olacaq. Mən inzibati qaydada bu problemin həllinin tərəfdarıyam”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO