Pensiya ödənişlərinə 2 milyard 443 milyon manat yönəldilib

Pensiya ödənişlərinə 2 milyard 443 milyon manat yönəldilib

Hazırda oxunan: Pensiya ödənişlərinə 2 milyard 443 milyon manat yönəldilib

85921

2022-ci ilin yanvar-iyun aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 4,5 faiz (104 mln. manat) çox olmaqla 2 mlrd. 443 mln. manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bu ilin əvvəlindən növbəti artım olaraq, minimum aylıq pensiya daha 20 faiz artırılaraq 240 manata çatdırılıb.

2022-ci ilin əvvəlindən pensiyaların sığorta hissəsi indeksləşdirilib və sığorta prinsipi ilə pensiya alanlara bu il üzrə 200 manat maddi yardım ayrılıb. Habelə qulluq stajına görə əlavələr alan pensiyaçılara bu ilin əvvəlindən pensiyalarının 10 faizi məbləğində aylıq maddi yardım ödənilir.
Həmin artımlar üçün illik 440 mln. manat əlavə vəsait ayrılıb.

Son 6 ayda pensiyaların orta aylıq məbləği 11 faizədək artaraq 364 manata, yaşa görə orta aylıq pensiya isə 10,2 faiz artaraq 395 manata çatıb.

2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırılıb.

Ötən dövrdə 64 mini pensiya, qalanı müavinət və təqaüd olan 430 min, o cümlədən bu ilin yanvar-iyun aylarında 15,6 mini pensiya, qalanı müavinət və təqaüd olan 160 min təyinat proaktiv olaraq e-qaydada aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO