Doğum evində körpə ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA 

Doğum evində körpə ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA 

Hazırda oxunan: Doğum evində körpə ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA 

85915

Doğum evində körpə ölümü ilə bağlı məsələ TƏBİB-in müvafiq komissiyasının nəzarətindədir. 

Qurumdan Bizim.Media-ya bildirilib ki, məsələ TƏBİB-in tabeliyində "Hamiləlik, doğuş, zahılıq dövrlərində ana və uşaq ölümü, ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiyası”nın nəzarətindədir.
 

MÖVZU İLƏ BAĞLI:

Ölmüş körpənin doğum evindən qaçırılması ilə bağlı ANBAAN VİDEO – ÖZƏL


“Komissiyanın üzvləri tərəfindən “Xəstəlik tarixləri”nin təhlili aparılır. Eyni zamanda, uşağın meyiti yarılması üçün Patoloji Anatomiya Bürosuna təhvil verilib. Aidiyyəti rayon prokurorluğu tərəfindən də müvafiq araşdırmalar aparılır”, - qeyd olunub. 

Qeyd edək ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (6 saylı Doğum Evi) ginekoloqu Nailə Şahbazovanın xəstəsi olan 1990-cı il təvəllüdlü Züleyxa Əkbərova iyunun 30-da 3 kilo 300 qram çəkidə oğlan uşağı dünyaya gətirib.

Ailənin iddiasına görə Nailə Şahbazovanın səriştəsizliyi səbəbindən körpə doğuş zamanı başından zədə və ağır travmalar alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO