Şirvanda ceyran ovlayan 2 brakonyerdən biri tutuldu – DİGƏRİ QAÇDI

Şirvanda ceyran ovlayan 2 brakonyerdən biri tutuldu – DİGƏRİ QAÇDI

Hazırda oxunan: Şirvanda ceyran ovlayan 2 brakonyerdən biri tutuldu – DİGƏRİ QAÇDI

85849

Şirvan Milli Parkının əməkdaşları tərəfindən gecə saat 01:05 radələrində Milli Parkın 3 saylı postunun yaxınlığında ceyran ovlayan brakonyerlərin olduğu aşkar edilib. Brakonyerlərdən biri saxlanılıb, digəri isə parkın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ərazidən qaçıb.

Bizim.Media xəbər verir ki, bu informasiyanı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva yayıb.

Onun sözlərinə görə, araşdırma zamanı saxlanılan brakonyerin Salyan rayon Parçaxalac kənd sakini Rəşad Sultanov olduğu müəyyən edilib, faktla bağlı müvafiq sənədləşmə işləri aparılıb.

Xidmət rəsmisinin sözlərinə görə, saxlanılan brakonyer Milli Parkın əməkdaşları tərəfindən Salyan rayon Polis Şöbəsinə təhvil verilib, digər brakonyerin tapılması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə rayon polis şöbəsinə müraciət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO