Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Tələbə-məzun”x9d dövlət elektron məlumat sistemi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, â„– 2, maddə 89, â„– 7, maddə 621; 2014, â„– 5, maddə 447, â„– 9, maddə 1027; 2015, â„– 4, maddə 373; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 iyun tarixli 548 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Tələbə-məzun”x9d dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”x9dyə aşağıdakı məzmunda 6.10-2-ci yarımbənd əlavə edilsin.
“6.10-2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;”x9d.



































































































