Məişət zorakılığından zərər çəkənlərə sosial dəstək – VİDEOÇARX

Məişət zorakılığından zərər çəkənlərə sosial dəstək – VİDEOÇARX

Hazırda oxunan: Məişət zorakılığından zərər çəkənlərə sosial dəstək – VİDEOÇARX

85764

Yaxınlarından, birgə yaşadığı şəxslərdən şiddət və zorakılıq görən insan çətin məqamında sosial dəstək üçün etimad göstərib müraciət edə biləcəyi ünvanı axtarır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində bir il əvvəl yaradılan şöbə - Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi belə şəxslər üçün etimad ünvanıdır.

Burada reabilitasiya olunan şəxslər müasir standartlara uyğun şəraitdə sosial xidmətlərlə, sosial-hüquqi və psixoloji dəstəklə əhatə olunurlar. Hazırda şöbədə 45 şəxsin reabilitasiyası işləri aparılır.
Məişət zorakılığı ilə üzləşən şəxslər Agentliyin 116 - 123 “Qayğı” Çağrı mərkəzinə zəng edərək müraciət edə bilərlər.

Bizim.Media Sosial Xidmətlər Agentliyinin hazırladığı yeni videoçarxı təqdim edir:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO