Samuxda polis əməliyyatı: 3 nəfər TUTULDU - FOTO

Samuxda polis əməliyyatı: 3 nəfər TUTULDU - FOTO

Hazırda oxunan: Samuxda polis əməliyyatı: 3 nəfər TUTULDU - FOTO

85756

Samux Rayon Polis Şöbəsinin  əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən rayon sakini Səxavət Əliyev saxlanılıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şübhəli şəxsin fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkilərinin olması müəyyən edilib.

Əraziyə baxış zamanı oradan 12 ədəd ümumi çəkisi 4 kq-dan çox olan narkotik xassəli çətənə kolları aşkarlanaraq götürülüb.

Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qohumuna məxsus 1 baş iri buynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Valeh Qurbanov və tanışı Sənan İsmayılov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər oğurladıqları heyvanı 300 manat Gəncə şəhərində satdıqlarını etiraf ediblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO