“Təhsil sentyabrın 15-də başlayıb, iyunun 30-da bitsin” – NAZİR +VİDEO

“Təhsil sentyabrın 15-də başlayıb, iyunun 30-da bitsin” – NAZİR +VİDEO

Hazırda oxunan: “Təhsil sentyabrın 15-də başlayıb, iyunun 30-da bitsin” – NAZİR +VİDEO

85742

“Təhsilin nə vaxt başlıyıb, nə vaxt bitməsinin təhsilin keyfiyyəti ilə heç bir əlaqəsi yoxdur. Tədris sentyabrın 1-də başlayıb, mayın 31-də bitsə belə, təhsilin keyfiyyəti artmayacaq. Burada daha çox arqumentlər hava temperaturu ilə bağlıdır”.

Bu sözləri Təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə Bizim.Media-nın əməkdaşının suallarını cavablandırarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Hədəf məktəqədər təhsilə cəlb edilən uşaqların sayını 50 faizə çatdırmaqdır” – NAZİR  


Nazir vurğulayıb ki, təhsilin keyfiyyətinə təsir edən ən ciddi məsələ tədris günlərinin sayıdır:

“Cəmiyyətimiz hələki təhsil günlərinin sayının artmasına ürəkli yanaşmır. Hamının bizə nümunə göstərdiyi Sinqapur və ya Koreya təhsilində tədrisin sayı 42-44 həftədir. Azərbaycanda isə 36 həftədir. Müddət olaraq biz orta müddətdəyik. Nə az, nə də çoxdur. Daha çoxalması yaxşı olardı. Amma bilirəm ki, təhsil müddətinin uzadılmasını cəmiyyətimiz ən ağrılı məsələ kimi qəbul edir. İstərdik ki, cəmiyyət təhsil müddətini artırmağa bizə dəstək olsun. Məsələn tələb etsinlər ki, dərslər sentyabrın 15-də başlayıb iyunun 30-da bitsin.
 

Amma daha çox tələb dərslərin sentyabrın 1-də başlayıb mayın 31-də yekunlaşdırılması ilə bağlıdır. İnanmıram ki, tədris ayın əvvəlində başlayıb, ay sonunda bitsə, təhsilimiz daha keyfiyyətli və əsaslı dəyişikliklərdən ibarət olacaq”.


Nazir təhsi müddətinin uzadılmasının arzu edildiyini əlavə edib:

“Planlaşdırmaq o deməkdir ki, biz bunu artıq nəzərdə tuturuq, elə deyil. Nəzəriyyə baxımından deyirəm ki, uşaq il ərzində nə qədər çox təhsillə məşğul olsa, yaxşıdır. Cəmiyyət isə deyir ki, elə edək ki, uşaq az oxusun, amma yaxşı nəticə göstərsin. Belə formula yoxdur”, - deyə nazir bildirib.

Alçina Amilqızı, Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO