Şimalın medallı MƏZUNLARI KİMLƏRDİR? 

Şimalın medallı MƏZUNLARI KİMLƏRDİR? 

Hazırda oxunan: Şimalın medallı MƏZUNLARI KİMLƏRDİR? 

85733

Quba-Xaçmaz regional təhsil idarəsinə daxil olan rayonların ümumtəhsil məktəblərini bu il bitirən məzunlardan 5 nəfəri təhsil naziri Emin Əmrullayevin əmri ilə qızıl və gümüş medala layiq görülüb. Məzunlardan 4-ü qızıl, biri isə gümüş medal alıb. 

Qusar şəhər şəhid Bəhruz Ağaverdiyev adına 1 saylı orta məktəbun məzunu Murad Pirnəzərov təhsildə xüsusi keyfiyyətlərinə və nümunəvi davranışına görə, nazirin əmrilə qızıl medala layiq görülüb.

Buraxılış və qəbul imtahanında 634 bal toplayan Murad ali təhsilini Azərbaycan Tibb Universitetində alacaq.  

Qeyd edək ki, bu, Qusar şəhərindəki 1 saylı məktəbin məzunlarının son 7 ildə qazandığı - 3-ü qızıl, biri gümüş olma, 4-cü medaldır. Bölgənin Xaçmaz rayonundan isə iki məzun qızıl medalla orta məktəbə əlvida deyib.  

Quba-Xaçmaz regional təhsil idarəsindən Bizim.Media-ya verilən məlumata görə, Xaçmaz şəhərindəki Z.Əliyeva adına 8 saylı məktəb-liseyin bu ilki onbirinciləri Fərhad Bəkirov və Nəriman İsrafilov nazir Emin Əmrullayevin əmrilə qızıl medalla təltif ediliblər.  

Bölgə üzrə 4-cü qızıl medalı isə Şabran şəhərindəki 4 saylı orta məktəbin məzunu Hikmət Cəbrayılov qazanıb.  

Qusar şəhərindəki E.Güləliyev adına 2 saylı orta məktəbin məzunu Rəsul Bünyadov isə gümüş medala layiq görülüb.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO